Accessibility links

Əliyev tərəfdarları qələbəni küçələrdə qeyd edib


Azərbaycanın seçki rəsmiləri hazırkı prezident İlham Əliyevin dünənki prezident seçkisində böyük üstünlüklə qələbə çaldığını elan ediblər. Onların sözlərinə görə, səslərin nəticələrinə görə, cənab Əliyev 88 faizdən artıq səs toplayıb.

Dünən Əliyevin yüzlərlə tərəfdarı qələbəni küçələrdə qeyd edib. Müxalif partiyaların seçiciləri səsverməyə getməməyə çağırmasına baxmayaraq, rəsmilər seçkilərdə 76 faiz seçicinin kompaniyada iştirak etdiyini bildirib.

Müxalifət Avropanı və Birləşmiş Ştatları neftlə-zəngin Azərbaycanın demokratik istahatlar aparması üçün təzyiq göstərməməkdə günahlandırır. Qalan digər namizədlər hökumətin loyalistləri hesab olunur.
Bu arada, Azərbaycandakı prezident seçkisini müşahidə etmiş ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Müşahidə Missiyası və Avropa Şurası Parlament Assambleyasının müşahidəçiləri seçkilərlə bağlı rəylərini açıqlayıblar. Missiyaların birgə bəyanatında bildirilir ki, "oktyabrın 15-də keçirilmiş prezident seçkisi standartlara cavab verib, ancaq bəzi öhdəliklərə əməl edilməyib».
ATƏT-in rəsmi saytında dərc olunmuş sənəddə vurğulanır ki, seçkidə sağlam rəqabət çatışmazlığı olub, səsvermə zamanı bəzi ciddi pozuntulara yol verilib ın olduğunu bildirir. Belə ki, bəzi hallarda məntəqələrdə eyni imzalarla səs verilib və səslərin sayılmasında problemlər olub.

XS
SM
MD
LG