"Azərbaycanda
seçki prosesində müəyyən irəliləyişlər olub, lakin hələ də bəzi düzəlişlərə
ehtiyac var". Bunu Amerika Dövlət
Departamentinin sözçüsü Şon Makkormak oktyabrın 16-da keçirdiyi brifinqdə
bildirib.
O, Azərbaycan
xalqını seçkilərin baş tutmasına görə təbrik edib və səsvermə ilə bağlı ATƏT-in
bir sıra hesabat tərtib edəcəyini xatırladıb.
Prezidentliyə
namizəd İlham Əliyevin 90 faiz səslə qələbə qazanmasına dair sualı birbaşa cavablandırmaqdan
imtina edən cənab Makkormak əvvəlki seçkilərlə müqayisə aparıb və müəyyən
irəliləyişlər olduğunu, lakib bəzi islahatlara ehtiyac duyulduğunu vurğulayıb.