Accessibility links

Urmiya gölü qurumaq təhlükəsi qarşısındadır


İran Parlamentinin üzvləri Azərbaycanın qərbində Urmiya və Təbriz şəhərləri arasında yerləşən və dünyanın nadir göllərindən olan Urmiya gölünün quruma təhlükəsi ilə bağlı İran prezidenti Mahmud Əhmədinəjada müraciət ediblər.
Bu xəbəri “İrna” Dövlət Xəbər Agentliyi Urmiya şəhərinin İran Şura Məclisindəki millət vəkili cənab Salman Zakirə istinadən yayıb. Urmiyalı millət vəkilinin dediyinə görə, böhranın qarşısının alınmasını istəyən bu müraciətə 221 deputat imza atıb. Müraciət müəllifləri, Urmiya gölünün qurumasına səbəb olan amillərin aradan qaldırılasını, eləcə də gölün qorunması layihələrinə maliyə vəsaiti ayırılmasını tələb ediblər.
Cənab Zakirin bildirdiyinə görə, Urmiya gölündə axan suların həcmi ildə 1.5 milyard kub olduğu halda, bu göldə suyun buxarlanma həcmi 5.5 milyard kuba çatıb. Bu isə Urmiya gölünün get-gedə kiçilməsinə, gölün sahilindəki ərazilərin məhvinə və quru çöllərin genişlənməsinə gətirib çəxarır. Millət vəkili həm də xəbərdarlıq edib ki, tez bir zamanda problem öz həllinin tapmazsa 8 ilədək gölün cənub hissəsi tamamilə quruya bilər. Bu isə qorxunc çevrə- ətraf mühit faciəsi ilə nəticələnə bilər.
Urmiya gölü şorluğuna görə İsraildəki Ölü dənizdən sonra ikinci sayılır. Son illərdə bu gölə tökülən çayların istiqamətinin dəyişdirilməsi nəticəsində bu gölün quruması təhlükəsi yaranıb.

XS
SM
MD
LG