Accessibility links

Barak Obama 4 faizlə respublikaçı rəqibi Con Makkeyndən irəlidədir


Son rəy sorğularının nəticəsinə görə, ABŞ prezidentliyinə demokrat namizəd Barak Obama 4 faizlə respublikaçı rəqibi Con Makkeyndən irəlidədir. Röyter, C-Span və Zogbinin keçirdiyi sorğular göstərib ki, Obama 48, Makkeyn isə 44 faiz dəstəyə malikdir. Seçkilərə 3 həftədən az qaldığı bir vaxt namizədlər kampaniyalarını Ağ Ev uğrunda yarışlarda böyük önəm daşıyan və adətən respublikaçılara dəstək verilən ştatlarda davam etdirir. Makkeyn Şimali Karolina və Virciniya ştatlarında kampaniya aparır. Obama isə bu gün Missuri ştatında tərəfarları qarşısında gətirəcəyi dəyişikliklərlə bağlı çıxış edir.

XS
SM
MD
LG