Accessibility links

İraqda etiraz aksiyası keçirilir


İraqın ruhani şiə lideri Möqtəda Əl-Sədr İraq parlamentini ABŞ əldə olunan təhlükəsizlik sazişini rədd etməyə çağırıb. Bağdad küçələrində Sədrin 10 minlərlə tərəfdarı razılaşma əleyhinə etiraz aksiyası keçirirlər. ABŞ əleyhinə süarlar səsləndirən və İraq bayraqları dalğalandıran nümayişçilər Sədr şəhər məhəlləsindən mərkəzi Mustansiriya meydanına kimi yürüş ediblər. Sədrin yardımçısı ruhani liderin adından bəyanatı oxuyub. Bəyanatda İraq qanunvericiləri təhlükəsizlik razılaşmanın əleyhinə səs verməyə çağırılır. Onun sözlərinə görə, saziş ABŞ İraqdakı hərbi mövcudluğuna son qoymayacaq və İraq xalqına suverenlik gətirməyəcək. Kütləvi aksiyalar ABŞ və İraq liderlərinin təhlükəsizlik razılaşmasına siyasi dəstək almağa çalışdığı vaxt keçirilir.

XS
SM
MD
LG