Accessibility links

NATO-nun bir neçə əsgəri yaralanıb


Əfqanıstandakı NATO rəsmiləri bildirirlər ki, Herat şəhərinin yaxınlığında NATO-nun hərbi maşın karvanına intiharçının hücumu nəticəsində bir neçə xarici əsgər yaralanıb. İlkin xəbərlərdə neçə əsgərin yaralandığı barədə məlumat verilməyib. NATO yaralanan əsgərlərin miliyyəti barədə informasiya açıqlamayıb. Bu arada Əfqan rəsmiləri deyirlər ki, Qəndəharda məscid yaxınlığında silahlı şəxslər prezident Həmid Karzayın keçmiş cangüdəni daxil olmaqla iki nəfəri öldürüblər.

XS
SM
MD
LG