Accessibility links

İsrail ərəb dövlətlərilə slüh danışıqlarına başlaya bilər


İsrailin Müdafiə naziri Ehud Barak bildirib ki, onun hökuməti İsrail və ərəb dövlətləri arasında sülh danışıqlarına dair planı ciddi surətdə nəzərdən keçirə bilər. O bu açıqlamanı bu gün İsrail ordusunun radiosuna müsahibəsi zamanı verib. Ehud Barak bildirib ki, baş nazir təyin edilmiş Tzipi Livni sülh danışıqlarının bir neçə ərəb ölkəsilə aparılması planına razı ola bilər.

Plan 2002-ci ildə Ərəb Liqası tərəfindən irəli sürülmüşdü. Barak deyib ki, İsrail mötədil ərəb liderləri ilə ekstremist qruplara qarşı mübarizə məsələsində bir maraqlara malikdir.

Planda 1967-ci ildə Yaxın Şərq müharibəsi zamanı İsrailin işğal etdiyi əraziləri qaytarması müqabilində ərəb ölkələrinin yəhudi dövlətinin tanımasına çağırılır.

XS
SM
MD
LG