Accessibility links

Cənubi Koreya qlobal iqtisadi böhrandan çıxmaq üçün banklarını gücləndirir


Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrindən biri olan Cənubi Koreya qlobal maliyyə böhranından çıxmaq üçün öz banklarını gücləndirir. Seul rəsmiləri banklardakı 100 milyard dollarlıq xarici borlarına qarantiya verəcəklərini bildiriblər. Hökumət həmçinin banklara 30 milyard dollar axıdacağını elan edib.

Cənubi Koreya bu addımı ABŞ prezidenti Corc Buşun maliyyə böhranını Fransa preziedenti Nikola Sarkozi və Avropa Komissiyasının prezidenti Xose Manuel Barroso ilə müzakirə etdikdən sonra atır.

XS
SM
MD
LG