Accessibility links

Qaçqınlar Gürcüstandakı bufer zonaya qayıdır


BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının sözçüsü Ron Redmondun dediyinə görə, müşahidəçi heyətlərin hesabatlarında qeyd edilib ki, oktyabr ayının 8-də Rusiya bufer zonadan hərbi qüvvələrini çıxardıqdan sonra, 20 mindən çox qaçqın evinə qayıdıb. Bu bölgə Gürcüstanla ondan ayrılmaq istəyən Cənubi Osetiya arasındakı sərhəd məntəqəsində yerləşir: “Bu adamların çoxu bufer zonasındakı evlərə və kəndlərə qayıdıb. Onlar oradakı vəziyyətin təhlükəsiz olduğunu yoxlayacaqlar. Biz orada mina parlayışları nəticəsində tələfat barədə məlumat əldə etmişik”.
Cənab Redmond bildirib ki, BMT-nin Qaçqınlar üzrə ali komisarlığı bir neçə gün əvvəl qaçqınlar üçün Qoridəki düşərgələri ləğv edib. Avqust ayında 133 min adam Gürcüstana pənah gətirmişdi. Hesablamaya əsasən, 78 mindən çox adam Gürcüstanın ətrafındakı evlərinə qayıdıb. 5 mindən çox qaçqınsa evlərinə qayıda bilmir. Komisarlıq onlar üçün binalar inşa edəcək. 6 ay ərzində onlara xidmət göstərmək üçün azı 45 milyon dollar maliyyə vəsaiti lazımdır.

XS
SM
MD
LG