Accessibility links

Əfqanıstanda Almaniya hərbçilərinə qarşı hücum həyata keçirilib


Əfqanıstan və NATO rəsmilərinin bildirdiyinə görə, ölkənin şimalındakı Kunduz vilayətində Almaniya hərbçilərinin keşik məntəqəsində həyata keçirilən intiharçı hücumu azı 2 NATO əsgərinin və 5 uşağın ölümü ilə nəticələnib. Bu gün səhər isə Əfqanıstanın paytaxtında silahlı şəxs tətəfindən Cənubi Afrika mənşəli britaniyalı qadın qətlə yetirilib. Həmin qadının Əfqanıstandakı Xristian Yardım Agentliyində işlədiyi bildirilir. Taliban təşkilatı bu qadının müsəlman ölkəsində xristianlığı təbliğ etdiyinə görə qətlə yetirildiyini bildirib. Qeyd edək ki, Taliban yaraqlıları qərbyönümlü Əfqan hökuməti üçün işləyən yardım işçilərini hədəf almaqda davam edir.

XS
SM
MD
LG