Accessibility links

Riçard Bauçer İslamabaddadır


ABŞ-ın Cənubi Asiya üzrə ali diplomatı İslamabadda Pakistan baş naziri Yusuf Rza Gilani ilə görüşüb. Rəsmilər ABŞ dövlət katibinin yardımçısı Riçard Bauçerlə cənab Gilani arasında görüş barədə açıqlama verməsə də, onların Pakistanın terrorizmə qarşı mübarizəsini müzakirə edəcəyi söylənmişdi. Bauçer dünən Şimal-qərb Sərhəd vilayətinin polis rəisi Əmir Heydər Xan Hoti ilə görüşüb. Peşəvərdə keçirilən görüş zamanı Heydər Xan bütün siyasi problemlərin dialoq yolu ilə həll olunmasını istədiyini bildirib. Pakistan ABŞ-ı Taliban və Əl-Qaidə yaraqlılarına qarşı Pakistanın sərhəd bölgələrində raket hücumlarına görə tənqid edir. Birləşmiş Ştatlar isə öz növbəsində İslamabada yaraqlılara qarşı daha sərt addımlar atmaq üçün təzyiq göstərir.
XS
SM
MD
LG