Accessibility links

Gürcüstan: Məcbüri köçkünlər evlərinə qayıdır


Rusiya prezidenti Dimitri Medvedev ölkə parlamentini Gürcüstanın Cənubi Osetiya və Abxaziya regionları ilə əməkdaşlıq və dostluq münasibətləri barədə sənədləri ratifikasiya etməyə çağırıb. Rusiya prezidentinin rəsmi saytında bildirilir ki, bu sənədlər “vacib siyasi prioritet” başlığı altında qanunvericilik təşəbbüsü kimi, Nümayəndələr Palatasına və Dumaya təqdim edilib. Bu arada, Bimləşmiş Millətlər Təşkilatının qaçqınlar üzrə rəsmisi bildirib ki, avqust ayında Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra evlərindən uzaq düşmüş minlərlə qaçqın artıq yaşayış yerlərinə dönüb. Təşkilatın Qaçqınlar üzrə ali komissarı Ron Redmond “Amerikanın səsi”nə bildirib ki, təxminən 20 minə yaxın qaçqın Rusiya qüvvələri Cənubi Osetiyadakı buffer zonasını tərk etdikdən sonra öz yurdlarında məskunlaşıblar.
XS
SM
MD
LG