Accessibility links

ABŞ prezidentliyinə namizədlər kampaniyalarını vacib ştatlarda aparırlar


ABŞ prezidentliyinə namizədlər Barak Obama və Con Makkeyn seçkiyə 15 gün qalmış kampaniyanı seçkidə qələbə əldə etmək üçün vacib ştatlarda aparırlar. Demokrat senator Obama seçkinin taleyini həll edəcək ştatlardan biri olan Floridada kampaniya aparır. Obamanın kampaniyası sentyabr ayı ərzində rekord məbləğdə vəsait, 150 milyon dollar toplandığını bildirir. Respublikaçılar düşərgəsində senator Makkeyn namizədlər arasında fərqin çox az olduğu Missuri ştatında kampaniya aparır. Hər iki namizəd bu ştatda siyasi reklamlara on milyonlarla dollar vəsait sərf edib. Son rəy sorğuları Barak Obamanın Con Mekkyndən orta hesabla 5,5% irəlidə olduğunu göstərir.

XS
SM
MD
LG