Accessibility links

ABŞ Mətbuatı: Prezident seçkiləri


ABŞ-da prezident seçkilərinə iki həftə qalır. Bu müddət ərzində namizədlər kampaniya tempini sürətləndirərək hələ ki, qərara gəlməmiş vətəndaşların dəstəyini qazanmağa çalışırlar.

Demokrat namizəd Barak Obamanın xarici siyasət sahəsində təcrübəsizliyi uzun müddət rəqibləri tərəfindən İlinoy senatorunun Axill dabanı kimi dəyərləndirilib. Dünən Obamanın vitse prezidentliyə namizəd tərəfdaşı Co Baydenin kampaniya nümayişi zamanı dedikləri isə, belə görünür, Respublikaçılara əlavə sursat bəxş edib. Demokratların yığıncağında cənab Bayden söyləyib ki, seçildikdən sonra 6 ay əzrində Prezident Obama ciddi beynəlxalq böhranla üzləşəcək, və bir çoxları onun ilkin reaksiyasını anlamayacaqlar. Bunun üçün də Demokrat liderə partiya üzvlərinin dəstəyi və təbliğatı lazım gələcək. New York Post qəzetinin baş məqaləsi Baydenin dediklərini həqiqət hesab edir və məhz bu səbbədən də Obamanın Amerikaya rəhbərliyini şübhə altına alır. Qəzet redaktorları düşünür ki, Obamanın təcrübsəziliyini nəzərə alan düşmən ölkələr ilkin aylarda prezidenti sınaqdan keçirməyə çalışacaqlar. İndiyəyək İraqdakı qoşun artımından tutmuş, Rusiyanın Gürcüstana müdaxiləsinədək bir sıra məsələlərdə Obama yanlış mövqe sərgiləyib. Onun diktatorlarla qeyd-şərtsiz görüşməyə hazır olduğunu bəyan etməsi Demokrat namizədin Amerikanın dövlət kimi nüfuzundan necə istifadə edəcəyinin göstəricisidir. Bu xüsusda New York Post Respublikaçı namizəd Con Makkeynin dedikləri ilə razılaşır ki, Amerikaya dünyanın sınağa çəkmək istədiyi prezident lazım deyil. Eyni qəzetin dünənki sayında Obamanın Amerikanı zəfilədəcək lider olacağını vurğulayan Ralf Piters Yanvarın 20-dən sonra dünyada baş verə biləcək hadisələr barədə bədbindir. Pitersin sözlərinə görə Obamanın yumşaqlığından istifadə edən bəzi qüvvələr dünya boyu böhranlar yaratmağa başlayacaq. Müəllif durumun İranda, İsrail-Fələstin cəbhəsində, sabiq Sovet məkanında və Latın Amerikasında xüsusilə kəskinləşəcəyini güman edir. Piters Obama prezidentlyini Amerikanın xarici siyasətdə təlatümlərlə üzləşdiyi Karter administrasiyası ilə müqayisə edir.

Bu arada daxili cəbhədə Obama tərəfdarları Demokrat namizədin ictimai dəstəyinin gücləndiyi xəbər verirlər. Washington Post qəzetinin yazarı E. J. Dion iri elektoral blok olan katoliklərin bu il Demokratlara doğru səmt götürdüyünü yazır. Onun sğözlərinə görə hərçənd ki, abort məsələsində katolik dini liderləri Respublikaçılarla eyni mövqedən çıxış edir, sıravi katoliklərin əksəriyyəti dəyişiklik sorağındadır. Bir vaxtlar mühafizəkarlara yaxın olan Katolik kilsəsi daxilində hazırda proqressiv cərəyan mövcuddur ki, bu qüvvə seçiciləri Barak Obamaya yönəldir, deyə Dion bildirir. New York Times qəzetinin yazarı Bob Herbert isə diqqəti son zamanlar Respublikaçıların Obamaya qarşı başlatdıqları hücum kampaniyasına yetirir. Herbertin sözlərinə görə Senator Obamanın rəqibləri onun fərqli olduğunu vurğulayır və Amerikalılarda belə bir təəssürat yaratmağa çalışırlar ki, Demokrat namizəd onlardan biri deyil. “Əks tərəfi anti-Amerika təmayüllü qüvvə kimi təsvir etməklə Respublikaçılar Amerika cəmiyyətində bölücü siyasət aparırlar,” deyə Herbert bildirir. Onun sözlərinə görə əsasən Demokratlara meylli irqi azlıqlara iş aparan ACORN adlı təşkilatın səsvermə saxtakarlığında ittiham olunması da məhz bu növ səylərin tərkib hissəsidir.
XS
SM
MD
LG