Accessibility links

Brüsseldə Gürcüstana yardım üçün donor ölkələrin konfransı keçirilir


Brüsseldə Rusiya ilə hərbi münaqişədən sonra Gürcüstanın bərpasına yardım məqsədilə keçirilən konfransda ABŞ, Avropa Birliyi və digər donorlar dörd milyard dollar məbləğində vəsait ayırmağa söz veriblər.

Avropa Birliyinin Xarici Əlaqələr üzrə komissarı Benito Ferrero-Valdner bu vəsaitin gözlənildiyindən artıq olduğunu deyib.

Birləşmiş Ştatlar gələn üç il ərzində Gürcüstana bir milyard dollar, Avropa Birliyi 644 milyon dollar, Yaponiya isə 200 milyon dollar ayırmağı öz üzərinə götürüb.

Konfransa 70-dən çöx ölkənin rəsmi nümayəndəsi qatılıb. Təşkilatçıların məqsədi gürcü xalqına birbaşa yardım göstərmək və həmrəylik nümayiş etdirməkdir.

Gürcüstanın Baş naziri Lado Qurqenidze də konfransda iştirak edir.

Rusiya bu görüşə dəvət edilməyib.

XS
SM
MD
LG