Accessibility links

Barak Obama və Con Makkeyn arasında fərq artır


Son rəy sorğularına əsasən ABŞ prezidentliyinə demokrat namizəd Barak Obama respublikaçı rəqibi Con Makkeyn arasında fərq daha da artıb. CNN-nin keçirdiyi sorğunun nəticələrinə görə, Obama Makkeyndən 7% irəlidədir.

Pyu Araşdırma Mərkəzinin sorğusuna əsasən Obama 52, Makkeyn isə 38% dəstəyə malikdir. Təhlilçilərin fikrincə nəticələr seçicilərin Makkeynə olan etimadının itirilməsi və ölkənin iqtisadi böhranı ilə əlaqədardır.

Noyabr ayının 4-ü, prezident seçkilərinin tarixi yaxınlaşdıqca, respublikaçı namizəd kampaniyasını davam etdirir.

Bu gün Nyu Həmpşirdə olan senator Makkeyn rəy sorğualrındakı geriliyini etiraf etmiş, lakin seçicilərin son qərarlarını verəcəklərindən əmin olduğunu demişdir.

Barak Obama isə ölümcül xəstə nənəsi, 85 yaşlı Madelin Dunhama baş çəkmək üçün kampaniyasına iki gün fasilə verib.

XS
SM
MD
LG