Accessibility links

Birləşmiş Ştatlar İran bankına qarşı sanksiyalar tətbiq edib


ABŞ Maliyyə nazirliyi İranın Export İnkişaf Bankının BMT sanksiyalarını pozaraq İran hökumətinə yardım göstərdiyini bildirib. Maliyyə nazirliyinin rəsmiləri bankın İranın raket proqramına yardım göstərdiyini bəyan ediblər.

Maliyyə nazirliyinin qərarı Amerika vətəndaşları və qurumlarına İranın Eksport İnkişaf bankı ilə biznes aparmağı qadağan edir. Bu qərarla həmçinin bankın Birləşmiş Ştatlardakı maliyyə hesabları dondurulur.

2007-ci ildə Maliyyə nazirliyi İranın dövlətə məxsus Sepah bankı ilə bütün maliyyə transaksiyalarını dayandırmışdı.

XS
SM
MD
LG