Accessibility links

ABŞ-ın pilotsuz təyyarəsi Pakistanın şimal-qərb bölgəsinə raket atıb


Pakistan rəsmiləri ABŞ-ın pilotsuz təyyarəsinin ölkənin şimal-qərb bölgəsinə raket atması nəticəsində azı 11 nəfərin öldüyünü bildiriblər.Təhlükəsizlik qüvvələrinin rəsmiləri və şahidlərin sözlərinə görə, raket Əfqanıstanla sərhəddə yerləşən Şimali Vəziristan vilayətində bir kənddəki mədrəsəyə dəyib. Rəsmilər deyirlər ki, məktəb Taliban komandiri Cəlaləddin Haqani ilə əlaqəsi olmaqda şübhəli bilinən bir şəxsə məxsus idi. ABŞ rəsmiləri raket hücumuna dair məlumatı təsdiq etməyiblər.

XS
SM
MD
LG