Accessibility links

Tükiyədə AKP ilə bağlı ittihamlara dəlil tapılmadı


Türkiyənin Ali Məhkəmə orqanı İslam köklü hakim partiyanı dindən siyasi məqsədlərlə istifadədə günahlandırsa da, eyni zamanda partiyanın zorakılıqları təbliğ etdiyinə dair heç bir dəlil aşkan etmədiyini bildirib. Konstitusiya Məhkəməsi bu gün yaydığı bəyanatda iyul ayında hakim Ədalət və İnkişaf Partiyasına qarşı onun olkənin dünyəviliyinə xələl gətirməsinə dair irəli sürdüyü ittihamlara aydınlıq gətirib. Məhkəmə bəyan edib ki, baş nazir Rəcəb Tayib Ərdoğan və digər partiya üzvləri bəzi dünyəvi normaları pozublar. Məhkəmə universitetlərdə islamçı tələbələrin hicab geyməsinə qoyulmuş qadağalara qarşı hökumətin apardığı kompaniyanı əsas gətirir. Bəyanatda o da vurğulanır ki, hakim partiya ölkədə demokratiya azadlığı və insan haqlarınıın inkişafı sahəsində yenicə islahatlara başlayıb.

XS
SM
MD
LG