Accessibility links

İlham Əliyev and içdi


Oktyabr ayının 15-i Azərbaycanda keçirilən prezident seçkilərində 89% səslə yenidən prezident seçilən İlham Əliyev bu gün təşkil edilən inaqurasiya mərasimi zamanı ölkənin ərazi bütövlüyünü təmin və islahatların keçirilməsinə davam edəcəyinə söz verdi. Cənab İlham Əliyev eləcə də, 2003-cü ilə qədər ölkəni idarə edən atası Heydər Əliyevin siyasi və iqtisadi siyasətini davam etdirəcəyini deyib.

Qeyd edək ki, prezident seçkilərini boykot edən müxalifət partiyaları və ATƏT-in monitorları seçkiləri tənqid etmişlər. Onlar seçki prosesində və siyahılarda ciddi nöqsanlara yol verildiyini deyirlər.

XS
SM
MD
LG