Accessibility links

ABŞ PKK-ya qarşı mübarizədə Ankara ilə əməkdaşlıq edəcək


ABŞ qüvvələrinin İraqdakı komandiri deyir ki, Birləşmiş Ştatlar İraqın şimalında qərar tutan Kürd qiyamçılarına qarşı mübarizə aparmaq üçün Ankara və Bağdadla əməkdaşlıq edəcək. Cümə günü Türkiyədə aparılan danışıqlarda General Rey Odierno məsələ ilə bağlı öhdəlik götürüb. General Odierno ABŞ qüvvələrinin Kürd qiyamçılarına qarşı döyüşən Türkiyə hərbi qüvvələrinə yardımını General Hasan İqsızla müzakirə edib. ABŞ ordusunun generalı kəşfiyyat məlumatlarını paylaşacağını bildirib. Türk qüvvələri Türkiyə və Şimali İraqda PKK hədəflərinə günəlik hava zərbələri endirir.
XS
SM
MD
LG