Accessibility links

Radovan  Karadiç  məhkəmə qarşısına çıxarılıb


Bosniya serblərinin sabiq lideri Radovan Karadiç bu gün məhkəmə qarşısına çıxarılıb. Haaqa məhkəməsinə o, prokurorluğun irəli sürdüyü ittihamlara cavab verməyə hazır olmadığını bildirib. Karadiç ittihamnamənin serb dilinə tərcümə olunmuş variantının ona dünən təqdim edildiyi üçün hazırlaşa bilmədiyini deyib. Hakim Lain Bonomy həm özünü müdafiə edən Karadiç, həm də ittihamnaməni vaxtında hazırlamayan prokurorlara narazılığını bildirib. 63 yaşlı Karadiç iyul ayında Belqradda 13 illik axtarışdan sonra ələ keçirilib. O, müharibə cinayətləri və etnik təmizləmə kimi 11genosid ittihamı qarşısındadır.

XS
SM
MD
LG