Accessibility links

İraq  Dəməşqin ABŞ qüvvələrini günahlandırdığı  hücumu qınayıb


İraq hökuməti Dəməşqin ABŞ qüvvələrini günahlandırdığı hücumu qınayıb. İraqın hökumət nümayəndəsi Əli Əl Dəbbaq Bağdadın Suriya ərazilərinə edilən vertolyot reydini qınadığını və İraq ərazilərindən qonşu ölkələrə hücumların əleyhinə olduğunu deyib. Beləliklə hücum İraq tərəfindən ilk dəfə rəsmən pislənir. Syriya 4 Amerika vertolyotunun sərhədyanı hucumları zamanı 8 mülki vətəndaşının həlak olduğunu bildirir. ABŞ hökuməti buna heç bir münasibət bildirməyib. Lakin adının açıqlanmasını istəməyən ABŞ rəsmisi hücum zamanı silah qaçaqmalçılığı ilə məşğul olan və İraqa xarici döyüşcülər göndərən şəbəkənin rəhbərinin öldürüldüyünü deyib.

XS
SM
MD
LG