Accessibility links

ABŞ-ın Dəməşqdəki səfirliyinin bağlana biləcəyi deyilir


Dəməşqin ABŞ qoşunlarının sərhəddə keçirdikləri reydə görə günahlandırmasından sonra Birləşmiş Ştatların Suriyadakı səfirliyi bu ölkədəki amerikalıları ehtiyatlı olmağa çağırıb. Səfirliyin isə gözlənilməz bir hadisə baş verdiyi təqdirdə bağlana biləcəyi bildirilir. Suriya bazar günü ABŞ vertolyotlarının reydinə qarşı çıxaraq, BMT-yə etiraz notası göndərib. BMT-nin baş katibi Ban Gi Muna göndərilən müraciətdə Suriya bu təçkilatın üzvlərinə hücumun Suriyanın suverenliyinə hədə olduğunu deyib. Suriya eləcə də, BMT-nin Təhlükəsizlik Şurasını uşaqlar da daxil edilməklə, 8 nəfərin ölümü ilə nəticələnən hücuma görə ölçülər götürməsinə çağırıb. Bunlarla yanaşı Suriya hökuməti görünür əməliyyata rəaksiya olaraq Dəməşqdəki Amerika məktəbinin və mədəniyyət mərkəzinin bağlanması barədə göstəriş verib.

XS
SM
MD
LG