Accessibility links

Pakistanın cənub-qərbində güclü zəlzələ baş verib


Pakistanın cənub-qərbində güclü zərlzələdən təxminən 12 saat sonra, yeraltı təkanlar nəticəsində 170 adamın həlak olduğu, çox sayda insanın dağıntılar altında qaldığı bildirilir. Birləşmiş Ştatların Geologiya Mərkəzi Rixter şkalası ilə 6,4 ball gücündəki zəlzələnin Pakistanın Bəlucistan vilayətində Əfqanıstan sərhəd mənqətəsinin yaxınlığında baş verdiyini bildirir. Zəlzələ palcıqdan olan evləri dağıdıb, bir çox kəndlərdə torpaq sürüşmələri baş verib. Rəsmilər dağıntıların altından 170 cəsədin çıxarıldığını və həlak olanların sayının çoxala biləcəyini bildirirlər.

XS
SM
MD
LG