Accessibility links

Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələr fövqəladə hallar mərkəzinin yaradılması səylərini intensivləşdirir


Rusiya, Çin və Mərkəzi Asiyanın dörd ölkəsi fövqəladə vəziyyətlərdən çıxış yolları tapmaq üçün yeni mərkəzin yaradılması prosesini sürətləndirmək haqda qərar veriblər. Qazaxıstan paytaxtında iclas keçirən bu altı ölkənin dövlət başçısı qərar alıb ki, gələn ilin birinci yarısı fövqəladə vəziyyətlər mərkəzinin yaradılması müzakirə etmək üçün bu ölkələrin fövqəladə hallar nazirlərinin görüçü keçirilsin. Liderlər bu haqda qərarın çıxarıldığını Astanada Şanxay Əməkdaşlıq Təşkilatının iki günlük sammitinin sonunda birgə bəyanatda bildiriblər. Rusiya və Çinlə yanaşı, qrupa Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir.
XS
SM
MD
LG