Accessibility links

İranda milli fəallar azadlığa buraxılıb


Məlumatlı mənblərin yaydığı xəbərlərə görə, təxminən 3 ay öncə Təbrizdə İranın təhlükəsizlik qüvvələrinin əməkdaşları tərərfindən “İranın milli təhlükəsizliyinə qarşı qəsd” ittihamı ilə həbs edilən azərbaycanlı tələbələr artıq azadlığa buraxılıb. “İnsan Haqları Komitəsi”nin yaydığı məlumata görə, Səccad Radmehr, Aydın Xacei, Fəraz Zehtab, Ehsan Nəcəfi və Əmir Mərdani hər biri 50 milyon tümən (təqribən 50 min dollar), Məqsud Əhdi və Mənsur Əminian isə 25 milyon tümən dəyərində girov qoymaqla müvəqqəti azadlığa buraxılıb.

“Esre- no” saytının məlumatına əsasən, iki ay öncə Urmiyə Ettelaatı tərəfındən həbs olunaraq ilkin dindirmələrdən sonra Təbrizin Ettelaat İdarəsinə köçürülən İsfahan Üniversitetinin tələbəsı Məcid Makui də 50 milyon dəyərində girov qoymaqla azadlığa buraxılıb. İranın təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanılan azərbaycanlı tələbələrin valdeynləri İran Ali Məhkəməsi və Baş Prokurorluğuna müraciət edərək, övladlarının işgəncələrə məruz qalması ilə bağlı narahatlıqlarını ifadə etmişdirlər.

Qeyri-rəsmi mənbələr, 3 ay öncə Ettelaat tərəfindən həbs olunarkən Təbrizdə məcburi hərbi qulluq dövrünü keçirən universitet məzunu, Dariuş Hatəminin də 50 milyon dəyərində girov qoymaqla artıq azadlığa buraxıldığını bildiriblər. Dariuşun qardaşı, Ankara Universitetinin tələbəsi Şahrux Hatəmi də onunla birlikdə həbs olunmuş, amma daha sonra zaminə buraxılmışdı.

Tələbələrin saxlanma şəraiti və onlara işkəncə verilməsi ilə bağlı beynəlxalq təşkilatlar o, cümlədən Beynəlxalq Amnistiya Təşkilatı etirazlarını səsləndirib.
XS
SM
MD
LG