Accessibility links

ABŞ-da prezident seçkilərinə iki gün qalır


ABŞ-da president seçkilərinə iki gün qalırdığı bir vaxt namizədlər demokrat Barak Obama və respublikaçı Con Makkeyn əsas ştatlarda kampaniya aparır. Bu gün senator Obama Ohayo ştatında təşkil edilən bir neçə tədbirdə olacaq, rok ulduzu Brus Sprinstinlə Klivlenddə ictimiayyət qarşısına çıxacaq. Senator Makkeyn isə Pensilvaniya ştatında kampaniyasını davam etdirir. 270 səsli elektoratın 15%-i Ohayo və Pensilvaniyanın payına düşür. Rər sorğularına görə Obama bəzi statlarda çox yaxın olmaqla, birinciliyini saxlayır. Obamanın öndə getməsi maliyyə böhranının onun namizədliyini irəli çəkməsi ilə izah edilir. Belə ki, ölkədə Obamanın iqtisadi problemlərin öhdəsindən gələ biləcəyinə inam var. Son iki president seçkilərində respublikaçılara səs verən Nevada, Kolorado və Missuri ştatlarında Obamaya üstünlük verilir.

XS
SM
MD
LG