Accessibility links

ABŞ-ın Tehrandakı  keçmiş səfirliyi qarşısında  yürüş keçirilib


Bu gün ABŞ-ın Tehrandakı keçmiş səfirliyi qarşısında keçirilən yürüş zamanı nümayşçilər “Amerikaya ölüm” şüarı səsləndirib, İsrailin məhvinə çağırıb. Əsasən məktəblilər və tələbələrdən ibarət nümayişçilər 1979-cu ildə 52 amerikalının girov götürüldüyü və 444 gün saxlanıldığı günü Tehranın mərkəzinə toplaşmaqla qeyd ediblər. Həmin böhrandan sonra Vaşinqton İranla diplomatik əlaqələrinə son qoyub. Girov hadisəsinin iştirakçılarının çoxu indi İranın islahat tərəfdarı siyasətçiləri arasında yer alır.

XS
SM
MD
LG