Accessibility links

Pakistanın müdafiə naziri general Deyvid Petreasa xəbərdarlıq edib


Pakistanın müdafiə naziri general Deyvid Petreasa xəbərdarlıq edib ki, Birləşmiş Ştatların Pakistan ərazisində raket hücumları Amerika əleyhinə əhval-ruhiyyəni gücləndirə bilər. Müdafiə naziri Çaudry Əhməd Muxtar bu məsələni və Pakistan hərbi qüvvələrinin əməliyyatlarını Amerika generalı Deyvid Petreas və ABŞ dövlət katibinin yardımçısı Riçard Bauçerlə bu gün İslamabadda müzakirə edib.

Pakistan raket hücumlarını ölkənin suverenliyinin pozulması kimi qiymətləndirir. Bu, general Petreasın ABŞ-ın Yaxın Şərq və Mərkəzi Asiyada hərbi əməliyyatlarının komandanı kimi ilk xarici səfəridir.

XS
SM
MD
LG