Accessibility links

Liviya prezidenti Müəmmar Qəzzafi Belarusda səfərdədir


Liviya prezidenti Müəmmar Qəzzafi Belarus səfərinin iki ölkə arasında yaxın münasibətlərə yol açacağını bildirib. Bu gün Minskdə Belarus həmkarı Aleksandr Lukaşenko ilə görüşdən sonra müxbirlərlə danışan Qəzzafi müzakirələrin yaxşı keçdiyini deyib. Aleksandr Lukaşenko və Müəmmar Qəzzafi iki ölkə arasında əməkdaşlığın davam etdiriləcəyini deyiblər. Liviya lideri Belarusa prezident Dmitri Medvedev və baş nazir Vladimir Putinlə görüş keçirdiyi Rusiyadan gedib. Dünən Liviya hökuməti Rusiya ilə Liviya arasında mülki nüvə əməkdaşlığına dair razılaşma əldə edildiyini bəyan etmişdi. Moskva bu məlumatı təsdiq etməyib.

XS
SM
MD
LG