Accessibility links

Amerikada prezident seçkilərinə bir gün qalır


ABŞ prezidentliyinə namizədlər sabah seçki günü mühüm rol oynayacaq ştatlarda kampaniyanın sonuncu günü seçicilərin səslərini qazanmağa çalışırlar. Rəy sorğularına görə, demokrat namizəd Barak Obama respublikaçı rəqibi Con Makkeyndən irəlidədir. Real Clear Politics nöqtə com saytının apardığı sorğu göstərir ki, Barak Obama Con Makkeyndən təxminən 7% irəlidə gedir. Veb səhifənin təxminlərinə görə, Obama prezidentliyi qazanmaq üçün ştatlardan seciçi kollegiyasının kifayət qədər səsini ala bilər. Bununla da o, Ağ Ev uğrunda mübarizədə qələbə çalan ilk Aftika mənşəli prezident ola bilər.

ABŞ seçki sisteminə əsasən, hər ştatın əhalinin sayı və Konqersdə təmsil olmasından asılı olaraq özünün seçici kollegiyası var. Qələbə çalan namizəd 538 səsdən 270-ni özünə təmin etməlidir. Senator Makkeyn bu gün yeddi ştatda kampaniya aparır. Arizona ştatından senator kampaniyanı Floridadan başlayaraq, axşam təmsil etdiyi Arizona ştatında yürüş keçirəcək. İlinoys senatoru Obama Vircniya, Şimali Karolina və Floridada kampaniya aparacaq. Bu üç ştat keçən iki prezident seçkisində respublikaçı Corc Buşa səs vermişdi.

XS
SM
MD
LG