Accessibility links

Amerikada president seçkiləri dünya ölkələrində yaxından izlənilir


Ərəb dünyasında democrat namizəd Barak Obamaya üstünlük verilir. Körfəzyanı ölkələrdə daha çox Con Makkeyn irəlidədir. Belə ki, regionda Makkeyn president Buşun siyasətinin davamçısı və biznes əlaqələrinin tərəfdarı kimi tanınır. Suriya hökuməti Obamaya dəstək verdiyini gizlətmir. Kenyada Obamanın qələbəsinə hazırlıq görülür. Asiyaya gəldikdə isə Vyetnam müharibəsi veteranı Con Makkeynin ABŞ-Vyetnam münasibətlərinin genişlənməsini təbliğ etməsinə baxmayaraq, vyetnamlıların əksəriyyəti senator Obamaya dəstək verir. Rəy sorğularına görə, Avropada demokrat namizəd Barak Obama respublikaçı namizəd Con Makkeyndən daha çox xoşa gəlir.

XS
SM
MD
LG