Accessibility links

Prezident seçkiləri ABŞ mediasında


Aparıcı xəbər telekanallarından olan CNN Demokrat namizəd Barak Obama və onun həyat yoldaşı Mişel Obamanın bu gün erkən Çikaqoda Shoesmith ibtdai məktəbində səs verməyə gəldiklərini xəbər verir. Övladları ilə birgə məntəqəyə gəlmiş cütlüyə səs vermək 10 dəqiqə vaxt apardı. Seçki məntəqəsində xüsusi xidmət orqanları namizədin təhlükəsizliyini təmin etmək üçün hamını metal detektorlarla yoxlayırdılar. Obamalar məntəqəni tərk etdikcə vitse prezidentliyə namizəd tərəfdaş Co Bayden və həyat yoldaşı Cill Delavar ştatının Vilminqton şəhərində Tatnall məktəbinə gələrək orada səs verdilər. Burada Baydenin Virciniyaya, oradansa seçkiləri Barak Obama ilə birgə izləmək üçün Çikaqoya yollanacağı gözlənilir. Obama isə İlinoyla həmsərhəd İndiana ştatına baş çəkməyi planlaşdırır.

Respublikaçı namizəd Con Makkeyn günü senator qismində təmsil etdiyi Arizpona ştatında və ABŞ-ın qərbi ştatları olan Nyu Meksiko və Koloradoda keçirəcək. Bu ştatlarda qısa dayanacaqdan sonra Makkeyn Arizonanın Feniks şəhərində Olbrayt Metodist Kilsəsində səs verəcək. Kolorado və Nyu Meksiko ştatları 2004-cü ildə Prezident Buşa səs veriblər, lakin bu ilki rəy sorğuları burada Obamanın irəlidə getdiyini göstərir. Respublikaçı vitse prezidentliyə naizəd Sara Peylin doğma yurdu, Alaskanın Vasilla şəhərində səs verəcək. Daha sonra Alaska qubernatoru Feniksə gələrək birgə səsvermənin nəticələrini Con Makkeynlə müşahidə edəcək.

Assoşieyted Press agentliyinin məlumatına görə səsvermədə başlıca diqqət bir neçə ştata yönələcək ki, burada rəqabət bərabər gedir. Amerika prezident seçkilərini ümumilli səsvermə yox, elektroal kollegiya sistemi müəyyən edir ki, burada da hər ştata onun əhalisinə uyğun səslər verilir. Namizədlərin ayrı-ayrı ştatlarda əldə etdiyi elektoral səslər sonradan toplanır və qalib müəyyən olunur. Müşahidəçilərin izlədiyi əsas ştatlar Pennsilvaniya, Ohayo və Florida ştatlarıdır. 21 elektroal səsə malik Pennsilvaniya ştatı adətən Demokratlara səs verib. Lakin bu seçkilərdə Con Makkeyn özü ilə Obama arasındakı fərqi azaltmaq üçün bu ştatda qızğın kampaniya aparıb və hazırda oradakı nəticələr maraqla izlənilir. Florida və Ohayo ştatlarında da iri elektoral səsləri qazanmaq üçün namizədlər çoxlu səy göstəriblər. Bütün bu ştatlarda rəy sorğuları Barak Obamanın irəlidə getrdiyini göstərsə də, analistlər sürprizlərin ola biləcəyini istisna etmirlər. Obamaya səs verəcək iri ştatlar sırasında Nyu York, Kaliforniya, Con Makkeynin sütununda isə 34 elektoral səslə Texas ştat var. 270 elektoral səs toplayan namizəd Birləşmiş Ştatların növbəti prezidenti olacaq.

Federal hökumət və qeyri-hökumət təşkilatları mümkün qanun pozuntularının qarşısını almaq üçün bir sıra tədbirlər planı açıqlayıb. Fox News telekanalının məlumatına əsasən Ədalətli Seçkilər Hüquq Şəbəbkəsi əsas diqqəti Ohayo və Virciniya ştatlarına yönəldib. Qrupun prezidenti Robert Brandon bildirir ki, seçkilərə çoxlu sayda adamın qatılması prosesin diqqətlə izlənməsinə əsas verir. Bəzi müşahidəçilər seçki zamanı kifayət qədər kağız bülletenin, və ya səsvermə maşınlarının çatışmayacağından narahatdır. Onlar hesab edir ki, səsvermə üçün yaranmış uzun növbələr də bəzi potensial seçiciləri həvəsdən sala bilər. Ədliyyə Nazirlyinin Mülki Hüquqlar şöbəsi 23 ştatdakı 59 dairəyə 800 monitor göndərib. Erkən səsvermə zamanı problem yaranmış məntəqələrə də xüsusi diqqət yetirilir. Habelə seçki rəsmiləri ingilis dilini bilməyən ispandilli vətəndaşlar və başqa milliyətlərin nümayəndələri üçün prosesi asanlaşdırmağa çalışırlar.
XS
SM
MD
LG