Accessibility links

Corc Buş president seçilən Barak Obamanı təbrik edib


ABŞ prezidenti Corc Buş president seçilən Barak Obamanı böyük qələbə münasibəti ilə təbrik etdiyini deyib. Ağ Evin Qızılgül bağçasında danışan ABŞ dövlət başçısı deyib ki, Ağ Evə keçid dövründə Barak Obama adminsitasiyasının yardımına bel bağlaya bilər. O, Con Makkeynə kampaniyası və millətə olan sədaqətinə görə təşəkkürünü bildirdiyini deyib. Prezident Buş bildirib ki, amerikalılar tarixi müəyyən etdikləri ilə fəxr etməlidir. Corc Buş deyib ki, dəyişikliyə ehtiyac olsa da, hökumətdə dəyişdirilə bilməyən tərəflər saxlanılacaq. ABŞ höküməti məsuliyyət və cavabdehlik kimi öhdəliklərinə həmişə sadiq qalacaq.

XS
SM
MD
LG