Accessibility links

ABŞ Dövlət katibi İsrail və Fələstin rəsmilərilə görüşür


ABŞ Dövlət katibi Kondoliza Rays İsrail və fələstinlilər arasında sülh razılığının bu ilin sonuna qədər əldə olunmasının mümkünlüyünü şübhə altına alıb. Xanım Rays hakimyyətdən getməkdə olan Buş administrasiyasının Yaxın Şərq sülh prosesini canlandırılması istiqamətində son səylərinin bir hissəsi olaraq İsrailə səfər edib.

Kondoliza Raysın açıqlamaları razılığın ilin sonuna qədər əldə olunması ehtimalının az olduğunu deyən Ağ evin mətbuat katibinin sözlərilə üst-üstə düşür.

ABŞ Dövlət katibi bu gün İsrailin müvəqqəti baş naziri Ehud Olmert və Xarici İşlər naziri Tzipi Livni ilə Ramallahda görüşəcək, cümə günü Fələstinlilərin prezidenti Mahmud Abbasla danışıqlar aparmaq üçün İordan çayının Qərb sahilinə gedəcək.

XS
SM
MD
LG