Accessibility links

Tzipi Livni ABŞ-ın İranla hər hansısa müzakirəsini zəiflik göstəricisi kimi qiymətləndirir


İsrailin xarici işlər naziri deyib ki, ABŞ-ın İranla hər hansı danışıqlar aparması zəiflik göstəricisi kimi qiymətləndirilə bilər. İsrail radiosunda danışan Tzipi Livni bu gün öz hökumətinin Barak Obamanın prezident seçilməsi ilə bağlı ilk narahatlığını izhar edib. Cənab Obama seçki kampaniyası zamanı İran liderləri ilə danışıqlara hazır olduğunu söyləmişdi. Bu ilki seçkilərdə Kadima partiyasına rəhbərlik edəcək Livni indiki vaxtda dialoq keçirilməsinin İran tərəfindən sanksiyalar siyasətinə son qoyulması kimi qiymətləndiriləcəyini deyib. Vəzifəsini tərk etməkdə olan ABŞ administrasiyası İranın nüvə proqramı ilə bağlı bu ölkəyə sanksiyalar tətbiq etmək üçün səylər göstərib.

XS
SM
MD
LG