Accessibility links

Prezident seçilmiş Barak Obama iqtisadi məsələlər üzrə müşavirlərilə görüşüb


Birləşmiş Ştatlar prezidenti seçilmiş Barak Obama bu gün Çikaqoda iqtisadiyyat məsələləri üzrə müşavirlərilə görüşüb. Cənab Obamanın iqtisadi komandasının üzvləri arasında əvvəlki və hazırkı hökumətin rəsmiləri və Uorren Baffet kimi yüksək səviyyəli özəl şirkət rəhbərləri daxildir.

Bu günkü iclasa ABŞ-ın keçmiş maliyyə naizir Lourens Sammers və Mərkəzi Bankın keçmiş direktoru Pol Volker də qatılacaqlar. Onların hər ikisi Obama administrasiyasında maliyyə naziri vəzifəsinə mümkün namizəd kimi göstərilir.

Cənab Obama kadrlar şöbəsinin müdiri vəzifəsinə prezident Bil Klinton administrasiyasında çalışmış İllinoys ştatından konqresmen Emanuel Rahmı təyin edib.

XS
SM
MD
LG