Accessibility links

Tbilisidə on minlərlə müxalifət tərəfdarı yürüş keçirib


Bu gün Tbilisidə on minə yaxın müxalifət tərəfdarı nümayiş keçirir. Bu, Rusiyanın Gürcüstana Avqust ayındakı hərbi müdaxiləsindən bəri ilk müxalifət etiraz aksiyasıdır. Müxalifət partiyalarından ibarət koalisiya erkən prezident və parlament seçkilərinin keçirilməsinə çağırır.

Müxalifət Gürcüstan prezidenti Mixeil Saakaşvilinin Rusiya ilə müharibədəki davranışına tənqidi münasibət bəsləyir. Müxalifət liderləri siyasi məhbusların azad edilməsini, media azadlığı və İmedi telekanalının sabiq sahibkarına qaytarılmasını tələb edir.

XS
SM
MD
LG