ABŞ-ın
növbəti prezidenti Barak Obama deyir ki, Yanvarın 20-də hakimiyyətə gələn kimi
o, iqtisadiyyatı bərpa etmək yönümündə səylərə başlayacaq. Demokratların həftəlik radio müraciətində
cənab Obama bildirib ki, ölkənin itirməyə vaxtı yoxdur və tez bir zamanda
iqtisadi stimul paketi qəbul edilməlidir.
O, orta sinif ailələrə yardım və iqtisadi firavanlığı təmin etməyi vəd
edib. Cənab Obama həmçinin bildirib ki,
onun administrasiyası maliyyə sənayesinə yardım planını nəzərədn
keçirəcək. Belə ki, Demokrat administrasiya
hökumətdən kömək alan şirkətlərin menecerlərinin qeyri-proporsional şəkildə mükafatlandırılmasını
istəmir.