Accessibility links

İndoneziyada  yüzlərlə islamçı yaraqlı ilə polis arasında qarşıdurma olub


İndoneziyada 2002-ci il Bali terror hücümunda günahlandırılan 3 nəfərin edamından sonra onların dəfn mərasimində yüzlərlə islamçı yaraqlı ilə polis arasında qarşıdurma olub. Minlərlə insanın iştirak etdiyi mərasim zamanı “Allahu Əkbər” sədaları ucalıb. Edam edilənlər 6 il əvvəl Bali adasında 88-i avsraliyalı olmaqla, 202 adamın ölümü ilə nəticələnən terror hücumunun təşkili və həyata keçirilməsində günahlandırılırdı. Yeni hücümlardan ehtiyat edən Avstraliya hökuməti edam hökmlərinin icrasından sonra vətəndaşlarına səyahət xəbərdarlığı verib. Avstraliyada təhlükəsizlik tədbirləri də gücləndirilib.

XS
SM
MD
LG