Accessibility links

ABŞ Dövlət katibi və Yaxın Şərq üzrə dördlük İsrai-Fələstin sülh prosesini müzakirə edib


ABŞ Dövlət katibi Kondoliza Rays və Yaxın Şərq sülh prosesi üzrə dördlüyün üzvləri bu gün Misrin Şərm əl-Şeyx kurort şəhərində görüş zamanı İsrail-Fələstin sülh danışıqlarını müzakirə ediblər. Dördlük İsrail və fələstinli vasitəçilərin inkişafa dair məlumalatlarını dinləmiş və danışıqların İsraildə və ABŞ-da hakimiyyətin dəyişdiyi zaman davam etdirilməsinə dəstək bildirmişlər.

Qrupun üzvləri Birləşmiş Ştatlar, Rusiya, BMT və Avropa Birliyindən ibarətdir.

Kondolzia Rays İsrail və fələstinlilər arasında sülh razılığının bu ilin sonuna qədər əldə olunmayacağını etriaf etsə də, deyib ki,sülh səyləri gələn il Barak Obama yanvarın 20-də rəsmən ABŞ-ın yeni prezidenti olduqdan sonra da davam etdiriləcək.

Xanım Rays Misrə İordan çayının Qərb sahilində Cenin şəhərində olduqdan sonra gəlib.

XS
SM
MD
LG