Accessibility links

Serbiya Avropa Birliyindən Kosovonun statusuna dair yazılı qarantiyalar istəyir


Serbiya prezidenti Boris Tadiç deyib ki, onun hökuməti Avropa Birliyinin Kosovoda missiyasını yalnız qurum Kosovonun statusunun neytral olaraq tanıdığına dair yazılı qarantiyalar verdiyi halda qəbul edə bilər. Serbiya mətbuatı prezidentə istinadən bu gün xəbər verib ki, belə qarantiyalar olmadan Belqrad missiya ilə razılaşmayacaq.

Kosovo albanlarının bu ilin əvvəli Serbiyadan müstəqilliklərini elan etməsindən sonra Birləşmiş Ştatlar və dünyanın digər 50 ölkəsi vilayətin müstəqilliyini tanıyıb. Bununla belə, nə Serbiya, nə də onun ənənəvi müttəfiqi olan Rusiya Kosovonun müstəqilliyini tanımayıb və rəsmi Belqrad danışıqları siyasi və ədliyyə missiyalarına dair irəli sürdüyü tələblər yerinə yetirilməyənə qədər təxirə salıb.

XS
SM
MD
LG