Accessibility links

Bu gün Bağdadda bir neçə hücum həyata keçirilib


İraq polisinin bildirdiyinə görə, bu gün Bağdad boyu baş verən hücumlar 4 nəfərin ölümünə, 25 nəfərin yaralanmasına səbəb olub. Təhlükəsizlik qüvvələrinin məlumatında deyilir ki, yol kənarına yerləşdirlimiş bombaların partlaması nəticəsində 3 nəfər ölümüşdür. Mosulda isə maşına yerləşdirilimiş bombanın partlaması nəticəsində 15 nəfər yaralanmışdır.

Bağdadda 3 il bundan əvvəl şiələrin ziyarətə getdiyi zaman partladılan və minə yaxın insanın ölümü səbəbi ilə bağlanan İmam körpüsü yenidən açılıb.

XS
SM
MD
LG