Accessibility links

İranda azərbaycanlı qadın jurnalist həbs olundu


Iranda tanınmış insan haqları müdarfiəçisi, azərbaycanlı jurnalist Şahnaz Qulaminin həbs edilməsi barədə məlumatlar yayılıb. Bu xəbərlərə görə, Təbrizin Təhlükəsizlik İdarəsinin əməkdaşları noyabrın 10-da, gecə onun yaşadığı mənzilə hücum edərək, xanim Qulamini həbs ediblər.

“Savalan Səsi” saytının məlumatına görə, təhlükəsizlik orqanlarının əməkdaşları jurnalistin evində axtarışlar apararaq, onun şəxsi əşyalarını və sənədlərini, kitablarını, eləcə də şəxsi komputerini zəbt ediblər. Onun harada saxlanması barədə xəbər yoxdur.

Şahnaz qulami “Qadınlar Birliyinin” üzvü və “Azər Qadın” internet səhifəsinin baş yazarıdər. O 1990-cı illərdə 5 il həbsxanada saxlanılıb, Son bir neçı ildə də dəfələrlə həbs olunub. Sonuncu dəfə, Təbrizin İslam İnqilabı Məhkəməsi müxtəlif yazılarına görə, onun barəsində 6 ay müddətinə azadlıqdan məhrum etmə qərarı çıxarmışdı.

XS
SM
MD
LG