Accessibility links

Corc Buş Bakıdakı enerji sammitinə heyət göndərir


ABŞ prezidenti Corc Buş noyabrın 14-də Bakıda keçiriləcək Enerji Sammitində iştirak edəcək Amerika nümayəndə heyətinin tərkibini təsdiq edib.

Ag Evin yaydığı məlumata görə, Birləşmiş Ştatların enerji naziri Samuel Bodmanın başçılıq edəcəyi nümayəndə heyətinin tərkibinə habelə ABŞ prezidentinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Boyden Qrey, eləcə də Amerikanın Azərbaycandakı səfiri Enn Dörsi daxildirlər.

Bakıda keçiriləcək enerji sammiti bu qəbildən olan sayca 4-cü tədbirdir. Sammitin gündəliyinə Xəzər, Qara və Baltik dənizi regionunda enerji təhlükəsizliyi məsələləri, habelə NABUKKO layihəsi ideyasının müzakirəsi daxildir.

Bu məqsədlə birinci sammit 2007-ci ilin mayında Polşanın Krakov şəhərində, ikinci sammit Vilnüsdə 2007-ci ilin oktyabrında, sonuncusu isə Ukraynanın paytaxtı Kiyevdə bu il may ayında keçirilib. Sonuncu sammitdə 10-a yaxın ölkənin prezidenti iştirak edib.

XS
SM
MD
LG