Accessibility links

Birinci Dünya Müharibəsinin başa çatmasının  90-cı ildönümü qeyd edilir


Bu gün XX əsrin ən böyük müharibəsi olan Birinci Dünya Müharibəsinin başa çatmasının 90-cı ildönümü ABŞ, Avropa və Avstraliyada xüsusi mərasimlərlə qeyd edilir. Londonda təşkil edilən tədbirə üç sonuncu - 100 yaşından yuxarı müharibə veteranı başçılıq edib. 90 il bundan əvvəl 1918-ci ilin 11-ci ayı, 11-ci günü və 11-ci saatında müharibənin sona çatdığı elan edilmişdi.

Bu gün ABŞ-ın vitse-prezidenti Dik Çeyni Arlington milli qəbiristanlığında əklil qoyuluşu mərasimində çıxış edəcək. Tədbirdə bu günədək müharibələr və hərbi münaqişələrdə iştirak edən milyonlarla amerikalının xatirəsi anılır.

XS
SM
MD
LG