Accessibility links

Şimali Koreya nüvə obyektlərindən nümunələr götürülməsinə yol verməyəcəyini deyib


Şimali Koreya nüvə proqramının dayandırılmasına dair beynəlxalq səylər çərcivəsində nüvə obyektlərindən nümunələr götürülməsinə yol verməyəcəyini bəyan edib. Bu, Pxenyanın yoxlama prosesinin başlanmasına start verəcək ilk addım hesab edilirdi. Şimali Koreyanın Xarici İşlər Nazirliyinin bəyanatı Koreyanın rəsmi xəbər agentliyi tərəfindən yayımlanıb. Bəyanatda bildirilir ki, nümunə götürülməsinə dair tələb evlərin yoxlanışı və Şimali Koreyanın suverenliyinə hədə kimi qiymətləndirilir. Yoxlanış porsesinin başlanmasına dair razılıq ABŞ, Şimali və Cənubi Koreyalar, Çin, Rusiya və Yaponiyanın iştirak etdiyi altı-tərəfli müzakirələrin daimi maneəsidir.

XS
SM
MD
LG