Accessibility links

Barak Obama rəsmən prezident olduqdan sonra kəşfiyyat orqanlarının rəhbərləri dəyişə bilər


“Vaşinqton Post” qəzetinin yazdığına görə, prezident seçilmiş Barak Obama yanvar ayında rəsmən vəsifəsinin icrasına başaldığı zamanı ölkənin kəşfiyyat orqanlarının iki ən yüksək səviyyəli rəsmisi yeni kadrlarla əvəz olunacaq. Qəzet bir kəşfiyyat rəsmisinə istinadən məlumat verir ki, bir sıra nüfuzlu demokrat konqresmen Milli kəşfiyyat direktoru Mayk Makkonnel və Mərkəzi Kəşfiyyat idarəsinin başçısı Maykl Haydenə etiraz edirlər.

“Vaşinqton Post”-un bildirdiyinə görə, qanunvericilər onların Buş administrasiyasının terrorçuluqda şübhəli bilinənlərin dindirilməsi zamanı tətbiq edilən metodlar və telefon danışıqlarının dinlənilməsi kimi ziddiyyətli siyasətinə dəstəyindən narazıdırlar. Cənab Obamanın keçid komandasından qəzetə bildiriblər ki, hələlik kəşfiyyat orqanlarında dəyişikliklərlə bağlı qərar verilməyib.

XS
SM
MD
LG