Accessibility links

Sudan prezidenti atəşkəs elan etdi


Sudan prezidenti Ömər Əl Bəşir Darfurun qərbində döyüşən tərəfləri dərhal və şərtsiz atəşkəsə çağırıb. Prezident deyir ki, Sudanın yaraqlıları dərhal tərksilah etmək və hərbi qüvvələrin istifadə etdiyi silahları məhdudlaşdırmaq planı var. Röyters xəbərlər agentliyi Ədalət və Bərabərlik adlı qiyamıçı hərəkatın komandiri Süleyman Sandala istinadən bildirir ki, prezidentin bu çağırışı ciddi deyil. Qiyamçılar hökuməti bölüşdürməyincə mübarizələrini davam etdirəcəklərini deyirlər. Prezident Ömər Əl Bəşir 6 illik münaqişə vaxtında bir neçə dəfə atəşkəs elan edib. Onun bu dəfədə elan etdiyi atəşkəs çağırışı, xalq forumunun tövsiyəsindən sonraya təsadüf edir. Nazirlər və müxalifət liderlərinin daxil olduqları forumu Darfurun qiyamçı qrupları baykot edirlər.
XS
SM
MD
LG